...

Aşağıbüdcəli aviaşirkətlər artıq gələn ildən ayaqüstü yerlər təklif edə bilər

Dünya xəbərləri Materials 22 May 2025 20:44 (UTC +04:00)
Aşağıbüdcəli aviaşirkətlər artıq gələn ildən ayaqüstü yerlər təklif edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aşağıbüdcəli aviaşirkətlər ayaq üstə duracaq sərnişinlər üçün nəzərdə tutulmuş yerləri 2026-cı ildə istifadəyə verə bilər. Bu, yalnız təhlükəsizlik sınaqlarından keçdikdən sonra mümkün olacaq.

Trend xarici mediaya istinadən xəbər verir ki, “Amerikan dağları” üslubunda yumşaq döşəməli bu oturacaqlar sərnişinlərə oturmağa deyil, yalnız əyilməyə imkan verir.

Bu isə hər reysin sərnişin tutumunu əlavə 20 faiz artırmağa imkan yaradır.

“Skyrider” adlı ayaqüstü oturacaqlar ilk dəfə 2018-ci ildə İtaliyanın “Aviointeriors” şirkəti tərəfindən təqdim edilib. Bu oturacaqların yalnız iki saatdan az davam edən uçuşlar üçün nəzərdə tutulduğu bildirilib.

“Ryanair” şirkətinin baş direktoru Maykl O'Liri 2012-ci ildən bu ideyanı dəstəkləyir və hesab edir ki, belə yerlər üçün biletin qiyməti cəmi 1 funt sterlinq ola bilər.

Bununla belə, hələlik heç bir aviaşirkət bu cür yerləri tətbiq edəcəyini rəsmi şəkildə təsdiqləməyib.

Xəbər lenti

Xəbər lenti