...

Tramp "iPhone"ların ABŞ-də istehsal olunmasını tələb edir

Dünya xəbərləri Materials 23 May 2025 16:26 (UTC +04:00)
Tramp "iPhone"ların ABŞ-də istehsal olunmasını tələb edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Amerika şirkəti “Apple”dən “iPhone” istehsalını ABŞ-yə köçürməyi tələb edib, əks halda gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Bu barədə Trend ABŞ KİV-ə istinadən xəbər verir.

“Mən çoxdan Tim Kuka ("Apple"ın baş direktoru) bildirmişəm ki, ABŞ ərazisində satılacaq "iPhone"lar məhz ABŞ-də istehsal olunmalı və yığılmalıdır – Hindistanda və ya başqa bir yerdə yox. Əgər belə olmasa, "Apple" ABŞ-yə azı 25% həcmində rüsum ödəməlidir”, – deyə Tramp "Truth Social" platformasında yazıb.

Hazırda "iPhone" istehsalının təxminən 18%-i Hindistanın payına düşür. Çin isə bu sahədə 75%-dən çox paya sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti