...

Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 May 2025 08:06 (UTC +04:00)
Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippin sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:36-da baş verib. Zəlzələnin episentri San-Fernando şəhərindən 10 kilometr şimal-qərbdə yerləşib, ocağı isə yerin 35 kilometr dərinliyində olub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi də elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti