...

Beynəlxalq axtarışa verilmiş üç nəfər Türkiyəyə təhvil verilib

Dünya xəbərləri Materials 24 May 2025 10:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hüquq-mühafizə orqanları beynəlxalq axtarışa verilmiş 3 şübhəlini İnterpol vasitəsilə ölkəyə gətirilməsini təmin edib.

Trend-in xəbərinə görə, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya məlumat verib.

“Qırmızı bülletenlə axtardığımız daha 3 cinayətkarı ölkəmizə gətirdik. Bizdən qaça bilməyəcəklər”, - deyə o bildirib.

Onun sözlərinə görə, beləcə , hazırkı kabinetin dövründə ölkəyə ekstradisiya olunan axtarışda olan şəxslərin sayı 337 nəfərə çatıb.

Ədliyyə Nazirliyimizin, Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi İnterpol–Europol İdarəsi ilə əlaqəli şəkildə apardığı əməliyyat nəticəsində, “Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı” cinayətinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan Ç.A. Almaniyada, “Yetkinlik yaşına çatmayan şəxslə cinsi təcavüz” cinayətinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan M.D.Ç. Xorvatiyada, “Narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalı” cinayətinə görə milli səviyyədə axtarışda olan H.D. isə Almaniyada saxlanılıb və Türkiyəyə ekstradisiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti