...

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Dünya xəbərləri Materials 24 May 2025 16:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyun ayından Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək.

Trend “Kazinform”a istinadən xəbər verir ki, elektron növbə sistemi ilkin olaraq “Kaplanbek” (KR) – “Nəvai” (ÖR) gömrük postunda işə salınacaq.

Özbəkistan Gömrük Komitəsinin məlumatına görə, bu addım 2030-cu ilə qədər iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağa imkan verəcək.

Bu ilin yanvar-aprel aylarında Qazaxıstan ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 1,4 milyard dollara yaxınlaşıb.

Bundan əvvəl Qazaxıstan və Özbəkistanın qarşılıqlı ticarətin həcmini artırmaq üçün 4 əlavə ticarət dəhlizi açmağı planlaşdırdığı bildirilirdi.

Xəbər lenti

Xəbər lenti