Bakı. Trend:
İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin gələn həftələr ərzində icra mərhələsinə keçəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sözügedən saziş bir müddət öncə Rusiya Dövlət Dumasında təsdiqlənib. Ötən həftə İran parlamentində təsdiqlənib və yekun təsdiq üçün İranın Konstitusiyaya Nəzarət Şurasına (Guardian Council) göndərilib.
Bəqai bildirib ki, İran bu sazişin tezliklə icra olunmasını diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, 17 yanvar 2024 tarixində Moskvada İran və Rusiya prezidentləri tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişdə ticarət və iqtisadiyyatdan əlavə innovasiya texnologiyaları, dincməqsədli nüvə enerjisi, informasiya və kiber təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizi və ətraf mühit üzrə əməkdaşlıq və s. nəzərdə tutulur.
Əlavə edək ki, 21 mayda İran parlamenti qeyd olunan sazişi təsdiqləyib.