Bakı. Trend:
Avstriyanın keçmiş kansleri Sebastyan Kurts ittiham olunduğu cinyət işi üzrə Vyana Torpaq məhkəməsi tərəfindən bəraət alıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, 38 yaşlı keçmiş hökümət başçısı yalan ifadə verməkdə təqsirli bilinərək səkkiz ay müddətinə şərti azadlıqdan məhrum edilmişdi.
“Sebastyan Kurts Vyananın ali torpaq məhkəməsində mühüm qələbə qazanıb. O, ola bilsin siyasətə qayıtdı”, - məlumatda qeyd olunub.