Bakı. Trend:
ABŞ dövlət departamenti İtaliya hökumətini potensial terror akı ilə bağlı xəbərdar edərək, təhlükəsizliyin təmin olunması məsələsinə diqqətlə yanaşmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib.
Məlumata görə, ABŞ dövlət departamentinə görə əsas diqqət turistlərin sıx olduğu ərazilərə yönəldilməlidir. Potensial terror hücumunun İtaliya ilə yanaşı, Fransa, Almaniya və İspaniyada gözlənildiyi bildirilir. Qeyd olunan ölkələr üçün ABŞ-nin qəbul etdiyi xəbərdarlıq səviyyəsi şkalası ilə iki, digər Aİ ölkələri üçün isə bir səviyyəsində müəyyən edilib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Dəməşqdə mümkün terror aktları ilə bağlı xəbərdarlıqlarından sonra Suriya hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Suriya rəhbərliyi təhlükəsizlik orqanlarına və müdafiə nazirliyinə təhdidlərin qarşısını almaq üçün operativ və səmərəli tədbirlər görməyi tapşırıb.