Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində görüş keçiriblər.
Trend xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat katibi sosial şəbəkədə paylaşım edib.
“Almaniya qətiyyətlə Ukraynanın yanındadır! Ədalətsizlik qalib gəlməməlidir. Avropada sülh və azadlıq Ukraynanı dəstəkləməyə davam etməyimizi tələb edir”, – deyə paylaşımda bildirilib.
Prezidentlər görüş zamanı hərbi vəziyyət, atəşkəsə nail olmaq istiqamətində cari səylər, eləcə də Ukraynanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesə tam dəstəyini bir daha ifadə edib.