Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tomas Barrakın Suriyada elçi kimi fəaliyyət göstərəcəyini elan edib.
Trend xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Məmnuniyyətlə bildirirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak Suriyada elçimiz kimi xidmət edəcək. Tom radikalizmin qarşısını almaq, münasibətləri yaxşılaşdırmaq və Yaxın Şərqdə sülhü təmin etmək üçün Suriyada işləməyin nə qədər böyük potensiala sahib olduğunu anlayır. Birlikdə biz Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, daha əvvəl, may ayında ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Vaşinqton Suriya hökumətinin süqut ehtimalından narahatdır və bu səbəbdən Dəməşqə dəstək verməyə hazırdır.