...

Bu ölkədə meymunçiçəyi virusu aşkarlanıb

Dünya xəbərləri Materials 30 May 2025 10:50 (UTC +04:00)
Bu ölkədə meymunçiçəyi virusu aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyada “meymunçiçəyi virusu” adlandırılan “mpox” (“empoks” oxunur – red.) infeksiyasına ilk yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avstraliyanin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Telekanalın məlumatına görə, söhbət virusun Tailandda keçirdiyi məzuniyyətdən qayıdan kişidə aşkarlanmış “Claude 1b” ştammından gedir.

Lakin bu hadisə ilə bağlı yoluxma riskinin və ştammın Avstraliyada yayılma təhlükəsinin aşağı səviyyədə qaldığı bildirilir.

Avstraliyanın baş sanitar həkimi Entoni Louler qeyd edib ki, ölkədə “mpox” infeksiyasının yayılma riskini aradan qaldırmaq üçün artıq etibarlı tədbirlər görülüb.

Xatırladaq ki, 2022-ci il yanvarın 1-dən 2025-ci il aprelin 30-dək Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 133 ölkədən 142 151 mpox xəstəliyi və 328 ölüm halı barədə məlumat daxil olub. Mpox ilə bağlı qlobal səhiyyə üzrə fövqəladə vəziyyət rejimi ilk dəfə 2022-ci ilin iyulundan 2023-cü il mayın 11-dək qüvvədə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti