Bakı. Trend:
İtaliyada ötən ay işsizlik səviyyəsi 0,2 bənd azalaraq 5,9 faiz təşkil edib.
Trend xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, gənclər arasında işsizlik səviyyəsi isə 1,2 bənd geriləyərək 19,2 faizə düşüb. Ölkə üzrə məşğulluq səviyyəsi 62,7 faiz olub.
Hesabat dövründə məşğul əhalinin sayı 24 milyon 200 min nəfər təşkil edib. İş axtaranların sayı 48 min nəfər azalıb.