Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bir neçə gündür qeyri-qanuni miqrantların kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesdə Milli Qvardiyayanın əlavə 2000 hərbçisinin göndərilməsi barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə Kaliforniya ştatının qubernatoru Qevin Nyusom "X" sosial şəbəkəsində yazıb.
"Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərəcək", - deyə o bildirib.
Nyusom əmindir ki, Tramp belə bir əmr verməklə “ictimai təhlükəsizlik maraqlarından çıxış etməyib”, sadəcə olaraq “prezidentlik” eqosunu təmin etmək istəyib. Qubernator bildirib ki, bundan əvvəl Los-Ancelesə göndərilən 2000 Milli Qvardiya əsgərindən yalnız 300-ü iğtişaşlara qarşı fəal iştirak edir, qalanları isə “federal binalarda boş oturur”.