...

ABŞ ordusunda dronları vuran ağıllı optik cihazın tətbiqinə başlanılıb

Dünya xəbərləri Materials 11 İyun 2025 10:34 (UTC +04:00)
ABŞ ordusunda dronları vuran ağıllı optik cihazın tətbiqinə başlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusunda dronları vuran ağıllı optik cihazın tətbiqinə başlanılıb. Yüksək texnologiyalı optika “Smeş” (Smash 2000L -ing) adlanır və artıq iyunun 6-da Almaniyada ABŞ hərbi kontingentinin iştirakı ilə keçirilən hərbi təlimlərdə əsgərlərə paylanılıb.

Bu barədə Trend “Fox News”a istinadən xəbər verir.

Cihaz çox bahalı olsa da, ABŞ ordusunda standart odlu silah sayılan M4A1 tipli avtomatın üzərinə keçirilir. O, səmada olan pilotsuz uçan aparatı yüksək dəqiqliklə zərərsizləşdirməyə imkan verir.

“Smash 2000L” optik cihazı İsrailə məxsus “Smart Shooter” MMC tərəfindən hazırlanıb və buna görə şirkətlə 13 milyon dollar həcmində müqavilə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti