Bakı. Trend:
Rusiya döyüşlərdə həlak olmuş 1200-dən çox hərbçinin meyitini Ukrayna tərəfinə təhvil verib.
Trend xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərlə davranış məsələlri üzrə koordinasiya qərargahı məlumat yayıb.
Repatriasiya tədbirləri nəticəsində Ukrayna tərəfinin 1212 hərbçinin meyitini qəbul etdiyi bildirilir.
Hərbçilərin Kursk vilayətində (Rusiya), o cümlədən, Ukraynanın Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətlərində gedən döyüşlərdə həlak olduğu bildirilir.