Bakı. Trend:
Ukrayna hökuməti hərbi büdcə xərclərini 400 milyard qrivna (təxminən 9,6 milyard dollar) artırmağı nəzərdə tutur.
Trend-in məlumatına görə, bu barədə Ali Radanın Teleqram kanalında bildirilib.
“Hökumət Ali Radaya dövlət büdcəsinə təxminən 400 milyard qrivna məbləğində düzəlişlər təqdim etməyə hazırlaşır”, – açıqlamada qeyd olunub.
Hesabatda əlavə olunub ki, hərbi personalın təchizatında heç bir fasilə olmayacaq. Planlaşdırılan xərclərin vergi və gömrük gəlirləri ilə yanaşı, daxili dövlət istiqrazları hesabına qarşılanacağı vurğulanıb.