Bakı. Trend:
İsrailin İrana zərbələri fonunda Avropa birjasında qazın qiyməti 4,5 faiz bahalaşıb.
Trend xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlandın TTF habında mavi yanacağın iyul fyuçerslərinin qiyməti min kubmetr üçün 453 dollara yüksəlib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda yüksəkrütbəli hərbçilərin sığınacaqları da daxil olmaqla 100-dən çox hədəfə hücum edib.
Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı general-leytenant Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və Silahlı Qüvvələrin Mərkəzi Qərargahının (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) komandanı general-leytenant Qulam Əli Rəşid öldürülüb. İranın Ali dini lideri Ayətullah Əli Xamenei İsrailin hərəkətlərinin cavabsız qalmayacağını deyib.