...

Rusiya İsrail ilə İran arasında gərginliyin kəskin artmasına münasibət bildirib

Dünya xəbərləri Materials 13 İyun 2025 14:19 (UTC +04:00)
Rusiya İsrail ilə İran arasında gərginliyin kəskin artmasına münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasını pisləyir.

Trend xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva baş verənlərdən narahatdır və vəziyyətin tezliklə sabitləşməsini gözləyir.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Prezident Vladimir Putinin tapşırığına əsasən, tezliklə BMT-də də daxil olmaqla, ətraflı rəsmi bəyanat hazırlayıb yayacaq.

Peskov onu da bildirib ki, Putin regiondakı vəziyyətlə bağlı Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Xarici İşlər Nazirliyindən real vaxt rejimində hesabatlar alır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Xəbər lenti

Xəbər lenti