Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron İsrailin nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq İranın həyata keçirə biləcək mümkün hücumlarını dəf etmək üçün İsrailə hər cür dəstək verməyə hazır olduqlarını bəyan edib.
Trend xəbər verir ki, bu barədə Makron Yelisey sarayının mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransında çıxışı zamanı bildirib.
“İrana gəlincə, biz İsrailin təhlükəsizliyini dəstəkləyirik. Əgər İsrailə qarşı İran tərəfindən cavab hücumu olarsa, Fransa öz təsir imkanlarını və gücünü nəzərə alaraq, İsrailin müdafiəsində iştirak etməyə hazırdır. Bu məsələdə mövqeyimizi açıq şəkildə ifadə etmişik”, – deyə Fransa Prezidenti vurğulayıb.