Bakı. Trend:
Tramp administrasiyası kənd təsərrüfatı və xidmət sektorunda çalışan qeyri-qanuni miqrantların saxlanmasını dayandırıb
Trend-in "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası kənd təsərrüfatı, restoran və otel sahələrində çalışan qeyri-qanuni miqrantlara qarşı əməliyyatların dayandırılması barədə göstəriş verib.
Cümə axşamı ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) regional idarələrinə bu barədə xüsusi göstəriş göndərilib. Sənəddə qeyd olunur: “Bu gündən etibarən kənd təsərrüfatı, restoran və mehmanxanalardakı işlərə təsir edən bütün araşdırmaları və əməliyyatları dayandırın”.
Bununla belə, ICE əməkdaşlarına insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı kimi cinayətlərlə bağlı istintaqları davam etdirməyə icazə verilib. Lakin onlar ABŞ-da qanunsuz olmaqdan başqa heç bir cinayət törətməyən şəxsləri saxlamamalıdırlar.