...

Papa XIV Leo İraqda baş verən yanğınla bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 19 İyul 2025 21:34 (UTC +04:00)
Papa XIV Leo İraqda baş verən yanğınla bağlı başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo, İraqın şərqində yerləşən Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olanlara görə dərin hüznlə başsağlığı verib.

Trend xəbər verir ki, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin tərəfindən imzalanan teleqramda Papa, yanğından zərər çəkənlərlə mənəvi həmrəyliyini ifadə edib və faciə qurbanları üçün dua etdiyini bildirib.

Papa XIV Leo həmçinin xüsusilə yaralananlara və yaxınlarını itirən ailələrə dərin hüznlə yaxınlığını və dəstəyini ifadə edib.

Qeyd edək ki, ötən gün İraqın Vasit vilayətində, Kut şəhərində yeni açılmış ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 69 nəfər həlak olub, daha 11 nəfər isə itkin düşmüş hesab olunur.

Xəbər lenti

Xəbər lenti