...

İlon Mask uşaqlar üçün "Baby Grok" adlı süni intellekt chatbotu hazırlayacaq

Dünya xəbərləri Materials 20 İyul 2025 08:53 (UTC +04:00)
İlon Mask uşaqlar üçün "Baby Grok" adlı süni intellekt chatbotu hazırlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın təsis etdiyi xAI startapı uşaqlar üçün nəzərdə tutulan "Baby Grok" adlı süni intellektlə işləyən chatbot yaratmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə milyarder X (əvvəlki Twitter) sosial şəbəkəsində paylaşım edib.

Mask qeyd edib:

"Biz uşaqlar üçün uyğun məzmuna həsr olunmuş Baby Grok xAI tətbiqini yaratmağa hazırlaşırıq".

Xatırladaq ki, Mask 2023-cü ilin aprelində xAI adlı süni intellekt startapını qurub. Bir neçə ay sonra Grok adlı chatbot təqdim olunub. Layihənin müəllifləri bildirirlər ki, Grok senzurasız məzmun, real vaxt rejimində məlumatlara çıxış kimi üstünlüklərə malikdir və digər oxşar məhsullardan fərqlənir.

Xəbər lenti

Xəbər lenti