...

"Geely" avtomobil konserni "Zeekr" qrupunu tam nəzarətə götürür

Dünya xəbərləri Materials 21 İyul 2025 05:57 (UTC +04:00)
"Geely" avtomobil konserni "Zeekr" qrupunu tam nəzarətə götürür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinli avtomobil istehsalçısı "Geely Automobile Holding", vaxtilə özü tərəfindən yaradılmış "Zeekr" qrupunu tam nəzarətə götürərək onu rəsmi şəkildə törəmə müəssisəyə çevirəcək.

Trend xəbər verir ki, bu məqsədlə tərəflər artıq yekun razılaşma imzalayıblar. Sənədə əsasən, hazırda "Zeekr" səhmlərinin 62,8 faizinə sahib olan "Geely", qalan bütün səhmləri də alacaq.

Prosesin səhmdarların səsverməsindən sonra 2025-ci ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

Qeyd edək ki, "Zeekr" qrupuna innovativ elektromobil brendlərindən biri olan "Lynk&Co" markası da daxildir.

Xəbər lenti

Xəbər lenti