...

Çin Aİ-nin sanksiyalarına qarşı qəti tədbirlər görəcəyini bəyan edib

Dünya xəbərləri Materials 21 İyul 2025 08:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının Ticarət Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketinə cavab olaraq qətiyyətli tədbirlər görəcəyini açıqlayıb.

Trend xəbər verir ki, Pekin Avropa İttifaqının Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına salmaq qərarını qəbuledilməz hesab edir və bu cür addımlardan dərhal imtina etməyə çağırır:

"Pekin təkid edir ki, Avropa tərəfi Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etsin", – deyə bəyanatda vurğulanır.

Nazirlik əlavə edib ki, Çin şirkətlərinin qanuni hüquq və maraqları qətiyyətlə qorunacaq və Aİ-nin birtərəfli məhdudiyyətlərinə qarşı effektiv cavab tədbirləri hazırlanır.

Xəbər lenti

Xəbər lenti