Bakı. Trend:
Qırğızıstanda 3,7 bal gücündə zəlzələ olub.
Bu barədə Trend ölkənin Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzinə istinadən xəbər verir.
Yerli vaxtla 10:38-da (Bakı vaxtı ilə 09:38) zəlzələnin episentri Qırğızıstan sərhədinə yaxın olan Oş şəhəri olub.
Zəlzələnin qonşu Özbəkistanın Əndican vilayətində 2-3 bal gücündə hiss olunduğu qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.