...

Pakistanda daşqınlar - Üç turist ölüb, 15 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 22 İyul 2025 11:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Peşəvər bölgəsində xarici turistlərin olduğu avtomobillər musson leysanının səbəb olduğu selə düşüb. Hadisə nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər itkin düşüb.

Trend bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Pakistanda builki musson yağışlar mövsümündə normadan artıq yağıntı ölkənin şimalında daşqın və sellərə səbəb olub. İyunun 26-dan bəri əlaqədar təbii fəlakətlər nəticəsində azı 225 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb.

Ekspertlər təbii fəlakətlərə səbəb olan hava şəraitini iqlim dəyişikliyi ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti