...

Hindistanda "Air India" təyyarəsi enişdən sonra yanıb

Dünya xəbərləri Materials 23 İyul 2025 12:30 (UTC +04:00)
Hindistanda "Air India" təyyarəsi enişdən sonra yanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Honkonq – Dehli reysi ilə uçan “Air İndia” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi İndira Qandi adına beynəlxalq hava limanına eniş etdikdən sonra yanmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Nəşrin məlumatına görə, enişdən sonra sərnişinlərın göyərtəni tərk etdiyi əsnada yardımçı güc qurğusu alovlanıb və avtomatik olaraq sönüb.

Məlumatda qeyd olunur ki, sərnişinlər və ekipaj üzvləri uğurlu və təhlükəsiz şəkildə təxliyə olunublar.

Təyyarə yüngül dərəcəli zədə alıb və insidentin araşdırması tam başa çatana qədər istismardan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti