...

İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi məkanda gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir

Dünya xəbərləri Materials 23 İyul 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundunun keçiriləcəyi Çırağan sarayında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Türkiyə mətbuatının məlumatına görə, Rusiya-Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun bu gün saat 19:00-da keçirilməsi planlaşdırılıb. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Jurnalistlər artıq kompleksin girişində toplaşmağa başlayıblar, lakin hələlik onların içəri keçməsinə icazə verilmir.

Xatırladaq ki, öncəki raund da eyni məkanda – Çırağan sarayında 2 iyun tarixində baş tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti