Bakı. Trend:
İndoneziya sahillərində 6,3 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 289 km şimal-şərqdə, zəlzələnin ocağı 145 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.