...

Ukrayna münaqişəsinin bir ilə nizamlanması çətin görünür - Britaniyanın XİN rəhbəri

Dünya xəbərləri Materials 2 Avqust 2025 15:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna münaqişəsi çətin ki, bir ilə nizamlana, bununla belə tərəflər danışıqları davam etdirirlər.

Trend xəbər verir ki, bunu Britaniyanın XİN rəhbəri Devid Lemmi “The Guardian” qəzetinə verdiyi müsahibədə bildirib.

Ukraynada vəziyyətin hansı şəkildə inkişaf edəcəyi bağlı suala cavabında, Britaniyanın ali diplomatı bildirib ki, münaqişə, çox güman, qarşıdakı il ərzində həllini tapmayacaq.

“Şübhə edirəm ki, bir ildən sonra da danışıqlar davam edəcək. Sual ondadır ki, Rusiya bu danışıqlara nə dərəcədə ciddi yanaşır”, – deyə Lemmi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti