...

Polşa Belarusla sərhədin su hissəsində elektron baryerin tikintisini tamamladı

Dünya xəbərləri Materials 3 Avqust 2025 04:41 (UTC +04:00)
Polşa Belarusla sərhədin su hissəsində elektron baryerin tikintisini tamamladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsi boyunca elektron baryerin tikintisi yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər və İdarəetmə naziri Marçin Kervinski məlumat verib.

Nazirin sözlərinə görə, Buq çayı boyunca quraşdırılan baryerin dəyəri 280 milyon zloti (təxminən 75 milyon dollar) təşkil edir. O qeyd edib ki, ümumilikdə Belarusla sərhəd boyunca elektron və fiziki maneələrin gücləndirilməsinə 160 milyon dollardan çox vəsait xərclənib və bu investisiyalar davam etdiriləcək.

Kervinski bildirib ki, görülən tədbirlər nəticəsində qanunsuz sərhəd keçidlərinin aşkarlanması səmərəliliyi 30%-dən 98%-ə yüksəlib.

Qeyd edək ki, 2022-ci ildə Polşa Belarusla sərhəddə 186 km uzunluğunda və 5,5 m hündürlüyündə tikanlı məftilli polad hasar tikmiş, 2023-cü ildə isə sərhədin quru hissəsində elektron nəzarət sistemlərinin (gecə və istilik görüntü kameraları, aşkarlama kabelləri və s.) qurulmasını tamamlamışdı.

Xəbər lenti

Xəbər lenti