...

Boliviyada qızıl mədənində uçqun baş verib

Dünya xəbərləri Materials 3 Avqust 2025 07:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviyanın Potosi regionunda yerləşən açıq qızıl mədənində baş vermiş uçqun nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, mədən dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşir.

Yerli polis bildirib ki, hasilat zamanı qaya parçası insanların üzərinə düşüb, nəticədə faciə yaşanıb.

Rəsmi statistikaya əsasən, 2025-ci il ərzində Boliviyada mədən qəzaları nəticəsində ümumilikdə 73 nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti