...

Avstraliyada son onilliklərin ən güclü qarı yağıb

Dünya xəbərləri Materials 4 Avqust 2025 03:01 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın şərqindəki şəhərlərə son onilliklərin ən güclü qarı yağıb.

Trend xəbər verir ki, Yeni Cənubi Uelsin bəzi bölgələrində qar ötrüyünün qalınlığı 1980-ci illərdən bəri ilk dəfə 40 sm-ə çatıb.

Kvinslenddə isə son 10 ildə ilk dəfə qar yağıb.

Məlumata görə, 100-dən çox avtomobil yollarda qalıb. Qar fırtınası binalara ziyan vurub və on minlərlə ev işıqsız qalıb.

Xəbər lenti

Xəbər lenti