...

Tramp və Karni arasında görüş keçiriləcək

Dünya xəbərləri Materials 4 Avqust 2025 08:48 (UTC +04:00)

Bakı. Trend:

Yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında mümkün ticarət razılaşması ilə bağlı görüş gözlənilir.

Trend xəbər verir ki, bu barədə Kanadanın idarələrarası işlər naziri və Kanada ilə ABŞ arasında ticarətə cavabdeh olan Dominik Leblan CBS telekanalına müsahibəsində bildirib.

“Yaxın günlərdə baş nazirin prezidentlə görüşünün olacağını gözləyirəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Karni artıq Trampla işgüzar münasibət qurub.

Xəbər lenti

Xəbər lenti