...

İrandan 790 min Əfqanıstan vətəndaşı çıxarılıb

Dünya xəbərləri Materials 4 Avqust 2025 09:38 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

21 mart-2 avqust aralığında İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Doğarun sərhəd-gömrük məntəqəsi vasitəsilə 790 mindən çox Əfqanıstan vətəndaşı öz ölkəsinə qayıdıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin əcnəbilər və miqrantların məsələləri üzrə idarəsinin baş direktoru Cəfər Seyidabadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran qeyri-qanuni miqrant əfqanların ölkəsinə qaytarılması üçün bütün imkanlardan istifadə edir.

Seyidabadi bildirib ki, İsrailin İrana qarşı 12 günlük müharibəsindən sonra qeyri-qanuni əfqan miqrantların öz ölkəsinə qayıdışı daha da artıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti