Bakı. Trend:
Hindistanın Uttarakhand ştatında leysan yağışlardan sonra meydana gələn sel dağ ətəyində yerləşən kənd bir anın içində su altında qoyub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, çox sayda yaşayış evlərini yerlə bir edib. Hadisə nəticəsində azı 4 nəfər həlak olub, onlarla insan itkin düşüb.
Sel sadəcə bir neçə dəqiqə ərzində Dharali kəndinin evlərini və yolları daşqın sularına qərq edib.
Daşqına səbəb Khirqanq çayına normadan artıq suyun yığılması olub ki, bu da çayın öz məcrasından çıxmasına səbəb olub.