...

İsrail hakimiyyəti Qəzzada əməliyyatı genişləndirmək barədə hələ qərar verməyib

Dünya xəbərləri Materials 5 Avqust 2025 21:48 (UTC +04:00)
İsrail hakimiyyəti Qəzzada əməliyyatı genişləndirmək barədə hələ qərar verməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatları anklavın tam ələ keçirilməsinə qədər genişləndirmək imkanlarını hələ də araşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

"İsrailin baş naziri Benyamin Netanyahu İsrailin nəzarəti altında olmayan anklavın 25%-nə qoşun yeritmək qərarını nəzərdən keçirir. Bu barədə məsələ ilə bağlı tanış olan İsrail rəsmisi bildirib", - deyə agentlik məlumat verib.

İsrail rəsmisinin sözlərinə görə, hərbi komandalığının bəzi nümayəndləri bu cür planlardan, xüsusən də HƏMAS-ın girovlarının hələ də saxlanıla biləcəyi ərazilərə qoşun göndərilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Hərbi əməliyyatın genişləndirilməsi ilə bağlı yekun qərar hələ verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti