...

Livanda İsrail PUA-sının hücumu nəticəsində "Hizbullah" komandiri öldürülüb

Dünya xəbərləri Materials 6 Avqust 2025 02:40 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) "Hizbullah" təşkilatının silahlı qanadının komandiri Qasem Qarabi çərşənbə axşamı axşam saatlarında zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə "Janoubia" xəbər portalı bildirib.

Məlumatına əsasən, o, Livanın şərqində avtomobilinə hücum zamanı öldürülüb.

Bildirilib ki, hadisə Britel-Baalbek yolunda baş verib, PUA hədəfə üç raket atıb. Ölən komandir “Vəhda-1900” təxribat bölməsinə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti