...

AK sədri Zelenski ilə Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünü müzakirə edib

Dünya xəbərləri Materials 7 Avqust 2025 18:33 (UTC +04:00)
AK sədri Zelenski ilə Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünü müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynada sülhə doğru atılacaq addımları və Kiyevin Avropa İttifaqına “gələcək üzvlüyü” məsələsini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə AK rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib.

“Biz danışıqlar yolu ilə sülh sazişinin bağlanmasına aparan növbəti addımları, Ukraynanın Avropa İttifaqına gələcək üzvlüyünü və ölkənin bərpasını müzakirə etdik”, – o bildirib.

Ursula fon der Lyayenin sözlərinə görə, Avropa “ədalətli və dayanıqlı sülhün təmin olunmasında fəal rol oynamağa” davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti