...

Yaponiya müdafiə naziri Hen Nakatani sentyabrda Cənubi Koreyaya səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 8 Avqust 2025 09:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya müdafiə naziri Hen Nakatani sentyabrın əvvəlində Cənubi Koreyaya səfər etmək niyyətindədir.

Trend-in "Yonhap"a istinadən məlumatına görə, bu barədə Nakatani cənubi koreyalı həmkarı An Qyu-bək ilə keçirilən onlayn görüşdə bildirib.

Səfər təsdiqlənərsə, bu, 2015-ci ildən bəri Yaponiya müdafiə nazirinin Cənubi Koreyaya ilk rəsmi ziyarəti olacaq.

Qeyd edək ki, Nakatani ötən ilin dekabrında Seula səfər etməyi planlaşdırsa da, ölkədəki gərginliklər səbəbindən səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti