...

Tramp Milli Qvardiyanın Vaşinqtona yerləşdiriləcəyini açıqlayıb

Dünya xəbərləri Materials 11 Avqust 2025 19:26 (UTC +04:00)
Tramp Milli Qvardiyanın Vaşinqtona yerləşdiriləcəyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında deyib.

Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçün atacağını bildirib.

Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti