Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılığın əldə olunacağına inandığını bildirib.
Trend-in məlumatına görə, Tramp Ağ Evdəki çıxışı zamanı bu barədə danışıb.
“Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq. Mən bunu Rusiyadan və digər tərəflərlə söhbətlərimdən bilirəm”, – deyə Amerika lideri detallara toxunmadan qeyd edib.
O, ehtimal edilən ərazi mübadilələrinin Ukraynanın xeyrinə olacağı qənaətində olduğunu vurğulayıb.
Tramp bəzi ərazilərin Ukraynaya qaytarılması üçün çalışacağını, sahilyanı bölgələri isə ən dəyərli ərazilər kimi gördüyünü də qeyd edib.