...

İran kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müsbət qarşılayır

Dünya xəbərləri Materials 12 Avqust 2025 11:30 (UTC +04:00)
İran kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müsbət qarşılayır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunmasını və kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müsbət qarşılayır.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon söhbətində deyib.

Onun sözlərinə görə, hər bir qərar və planda ölkələrin ərazi bütövlüyü və milli suverenliyinə tam şəkildə riayət edilməlidir.

Telefon söhbətində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında sülh razılaşması, regional kommunikasiya xətlərinin blokadadan çıxarılması, əlaqələrin inkişaf etməsi və bu razılaşmanın icrası üçün növbəti addımlar haqda iranlı həmkarını məlumatlandırıb.

Mirzoyan deyib ki, Ermənistan İranla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır və bu əlaqələrə böyük önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti