Bakı. Trend:
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dollar həddini aşıb.
Trend-in məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı statistikaya əsasən, 11 avqust 2025-ci il tarixinə ödənilməmiş dövlət borcunun ümumi məbləği 37 trilyon 4 milyard 817 milyon 625 min 842,56 dollar təşkil edir.
Rəsmi rəqəmlərə görə, ABŞ-nin dövlət borcu:
2024-cü ilin iyulunda 35 trilyon dolları keçib;
2024-cü ilin noyabrında isə 36 trilyon dollar həddini aşıb.
Beləliklə, cəmi bir il ərzində dövlət borcu təxminən 2 trilyon dollar artıb.