...

ABŞ-də təhlükəli yük daşıyan qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 13 Avqust 2025 12:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxaraq yanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qəza Palo Pinto qraflığının kiçik Qordon şəhərində baş verib. Qəza nəticəsində ondan çox çən və yük vaqonu relsdən çıxıb.

Mütəxəssislər dəymiş ziyanı aradan qaldırmaq üçün hadisə yerində işləyir və son dərəcə ehtiyatlı davranırlar.

Səlahiyyətlilər vurğulayıblar ki, təxliyə tələb olunmur, lakin vəziyyət təhlükəli olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti