Bak. Trend:
Böyük Britaniya artıq Rusiya əleyhinə növbəti sanksiyalar paketini hazırlamağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə Britanin baş naziri Kir Starmer deyib.
"Həmkarlara xatırlatmaq vacibdir ki, biz də Rusiyaya təzyiqləri, xüsusən də iqtisadi sahədə sanksiyalar və lazım gələrsə, daha geniş tədbirlər vasitəsilə artırmağa hazırıq. Siz artıq bu tədbirlərin təsirini görürsünüz və biz Böyük Britaniyada yeni sərt sanksiyalar paketi hazırlayırıq", - deyə baş nazir bildriib.