Bakı. Trend:
Niderlandın Frislandiya əyalətində isti hava şarının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Trend-in məlumatına grə, bu barədə "NOS" televiziya kanalı regional fövqəladə hallar xidmətinə istinadən bildirib.
Niderland Kral Aviasiya Assosiasiyasının məlumatına əsasən, eniş zamanı hava şarı güclü küləyin təsirindən kəskin şəkildə aşağı düşüb və nəticədə səbət sıçrayıb və beş nəfər yerə düşüb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə baş verən zaman şarın göyərtəsində 34 nəfər olub.