Bakı. Trend:
Gürcüstanın Prezidenti, keçmiş futbolçu Mixail Kavelaşvili ölkənin Avropa İttifaqının üzvlüyünə can atdığını bəyan edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Biz Avropa İttifaqına üzv olmaq istəyirik, Avropanın bir parçası olmaq istəyirik. Avropanın bir parçası olmaq bizim əcdadların arzusudur, çox nəsillər bunun arzusunu çəkib və bizim ölkə Avropanın tamhüquqlu üzvü olmaqdan ötrü çoxsaylı keşməkeşlərdən keçib”,- Kavelaşvili yerli telekanala müsahibəsində bildirib.
Gürcüstan prezidenti qeyd edib ki, Avropa İttifaqına aparan yol milli dəyərlərin və kimliyin qorunması ilə müşayiət olunmalıdır. Kavelaşvili bildirib ki, Gürcüstanda avrointeqrasiya prosesi bu günə qədər hələ də başlanmayıb.
