...

“Volkswagen” konserni bu ilin üçüncü rübündə zərər etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Volkswagen” konserni bu ilin üçüncü rübündə 1,07 milyard avro zərər etdiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, korporasiyanın məlumatında iyul-sentyabr aylarında xalis mənfəətin 60 faizdən çox azalaraq 8,8 milyarddan 3,4 milyard avroya düşdüyü bildirilib.

Bu vəziyyətlə əlaqədar “Volkswagen” konserninin rəhbəri Oliver Blume “Porsche”nin də baş direktoru vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Şirkətin məlumatında “Volkswagen”in əsas markasının sabitləşməyə nail olduğu bildirilib. 2030-cu ilədək 35 min iş yerinin ixtisarını nəzərdə tutan qənaət proqramı öz nəticələrini göstərir.

Şirkətin əməliyyat mənfəət marjası ilin ilk doqquz ayında 2,3 faizə yüksəlib. Gəlirlər 0,6 faiz artaraq 239 milyard avroya, çatdırılan avtomobillərin sayı isə 1,2 faiz artaraq 6,6 milyona yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti