Bakı. Trend:
Qərb ölkələri Belarusun və ya Ukraynanın qərb hissəsi üzərində nəzarət qurmağa nail ola bilməyəcəklər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus lideri qeyd edib ki, respublikanın bəzi qonşu ölkələri hərbi ehtiyaclara ÜDM-in 5%-dək vəsait xərcləyirlər ki, bu olduqca yüksək səviyyədir.
O, buna rəğmən, Qərbin Ukraynanın və ya Belarusun bir hissəsi üzərində nəzarət qura bilməyəcəklərini dilə gətirib.
“Belə olmayacaq ...Əgər bizə icazəsiz, hərbi çəkmələrinizlə gəlsəniz, cavabınızı alacaqsınız”,- deyə Lukaşenko xəbərdar edib.
 
                                    